Onlayn ictimai-siyasi qəzet
Müğənni Liam Peynin ölümü ilə bağlı detallar üzə çıxıb.
Musavat.com olay-a istinadən bildirir ki, sənətçiyə yıxıldıqdan sonra ilk müdaxilə edən şəxs danışıb:
"Hadisə nəticəsində ölümcül yaralanmışdı. Ona görə də onu canlandırmaq, ya da xilas etmək ehtimalı yox idi. Təcili tibbi yardımın hadisə yerinə çatması 7 dəqiqə çəkdi. Buna baxmayaraq, Liamı həyata qaytarmaq üçün əllərindən bir şey gəlmədi".
Müğənni Liam Peynin qaldığı hotel otağından fotolar yayılıb.
Görüntüləri Argentina mətbuatı yayıb.
Məlum olub ki, alkoqol və ya narkotikin təsiri altında olduğu ehtimal edilən Liam otağa da zərər yetirib.
Otaqdakı televizorun ekranı tamamilə dağıdılıb, hamamda isə bəzi maddələr aşkar edilib.
06 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ