İnsanlara hürriyət, millətlərə istiqlal!

Faciəvi şəkildə ölən gəncin sabah nişanı olacaqmış...

Şəmkirdə 2000-ci il təvəllüdlü Anar Məşədiyevin bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı təfərrüat məlum olub.

Ölən gəncin atası Aydın Məşədiyev APA TV-yə açıqlaması zamanı bildirib ki, oğlu divara çıxıb iş gördüyü zaman yıxılıb və başının arxa hissəsi yerə dəyib:

"Oğlum iş gördüyü zaman qəfil yıxıldı və başı yerə dəydi. Dərhal təcili yardım çağırdıq. Təcili yardımın hadisə yerinə gəlməsi təxminən yarım saat çəkdi. Onlar gələnə qədər oğlum həyətdə dünyasını dəyişdi".

Məlumata görə ölən gəncin sabah nişan mərasimi olacaqmış.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR