İnsanlara hürriyət, millətlərə istiqlal!

Exitpol: Knessetə keçirilən seçkilərdə Netanyahunun partiyası birinci yeri qazanıb

Keçmiş baş nazir və müxalifət lideri Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyası Knessetə (İsrail parlamenti) keçirilən erkən seçkilərdə birinci yeri qazanıb.

“Report” xəbər verir ki, bu məlumatları “Kan” dövlət telekanalının seçki məntəqələri bağlandıqdan sonra yayılan Exitpol nəticələrinə istinadən verib.

Məlumatlara görə, Netanyahunun partiyası 120 yerlik parlamentdə 30 yer əldə edəcək. İkinci yerdə İsrailin hazırkı baş naziri Yair Lapidin “Yeş Atid” partiyası qərarlaşıb.

“Likud” partiyası Netanyahunun rəhbərlik etdiyi siyasi qüvvələr bloku Knessetə seçkilərin nəticələrinə görə hökumət koalisiyası yarada bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR