Onlayn ictimai-siyasi qəzet
"Əvvəllər insanlar necə mehriban idilər. Sovetski məhəlləsində Novruz bayramına hazırlıq hər gün hansısa qonşunun evində bişirdiklərinə köməklə başlayırdı. Bu gün yığışıb qoğal, paxlava, şəkərbura bişirərkən bir qonşuya kömək edirdik, sabah bizdə eyni şeyi qonşular edirdi, o biri gün isə digərləri. Hamı da öz evində bişiriləndən bir-birinə pay göndərirdi".
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. O, insanların əvvəllər daha çox etibarlı olduğunu bildirib:
"Sonra 8-ci mikrorayona köçdük, orada da eyni vəziyyət yaşanırdı. Hətta yaz və yay fəsillərində gündüzlər qonşular qapını açıq qoyur, pərdə asırdılar. Qonşunun evinə girib-çıxmaq, öz evimizə girdiyimiz kimi idi. Necə gözəl günlər idi! Hamı etibarlı idi və etibar etməyi bacarırdı".
Musavat.com
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ