İnsanlara hürriyət, millətlərə istiqlal!

Evsizlərə narkotik verək! - QALMAQAL

ABŞ-ın Kaliforniya ştatında yerləşən Lankaster şəhərinin meri Reks Perris şəhərdəki evsizlərdən “xilas olmaq” üçün onlara istədikləri qədər narkotik maddə – fentanil verilməsini təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

“Mənim etmək istədiyim budur: onlara pulsuz fentanil verək. Mən istəyirəm ki, istədikləri qədər fentanil alsınlar... Açığı, prezidentin bizim üçün bir “təmizləmə” planı təşkil etməsini istərdim. Çünki bu insanlardan doğrudan da qurtulmaq lazımdır”, - deyə mer bildirib.

O əlavə edib ki, şəhərdəki evsizlərin təxminən yarısı əvvəllər məhkum olunmuş şəxslərdir və baş verən cinayətlərin əksəriyyətini məhz bu şəxslər törədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR