İnsanlara hürriyət, millətlərə istiqlal!

Evli kişilər 1 günlük subay olur - Xalqların qəribə adətləri

XXI əsrdə, elm və texnologiyanın son sürətlə inkişaf etdiyi dövrdə yaşasaq da, dünyanın bir çox xalqları müasir insana qəribə görünən qədim ənənələrinə sadiq qalıb.

Musavat.com lent.az-a istinadla dünya xalqlarının maraqlı adət və ənənələri barədə məlumat verir.

Çukotda maraqlı evlilik ənənələri qorunub saxlanılıb. Yerli qanuna görə, ərin qardaşı və ya digər yaxın qohumu dul qadınla evlənməyə və onun uşaqlarını böyütməyə borcludur.

Uzaq Şimal xalqlarının başqa bir adəti var ki, kişilər dostunun arvadını almaq hüququna malikdirlər və müqavilə qanla yaxud qurbanla möhürlənir. 

Şotlandiyada yeni evlənənlərə zibil atmaq ənənəsi var - yeni evlənənlər şəhərdə belə gəzirlər. Deyirlər ki, belə biabırçılıqdan sonra heç nə ailəni təhdid edə bilməz və onlar bundan sonra da xoşbəxt yaşayacaqlar.

İrlandiyada qadınlar üçün on əsrdən artıqdır ki, mövcud olan gözəl bir ənənə var: dörd ildə bir dəfə, fevralın 29-da istənilən irlandiyalı qadın istənilən irlandiyalı kişiyə evlilik təklifi edə bilər və onun imtina etməyə haqqı yoxdur! Əks halda, kişi külli miqdarda cərimə ödəməli olacaq.

Orta əsrlərdən bəri danimarkalılar oğlan və ya qız 25 yaşa qədər evlənməzdisə, onun bəxtini açmaq üçün üstünə istiot tökürdülər.

Finlandiyada adamlar çətinə düşəndə xeyirxah pərilərindən yardım almaq üçün saunaya gedirlər.

Keniyada sifətə tüpürməklə bir-birlərinə xeyir-dua verirlər!

Nigeriyada kişilər arasında gözəllik yarışmaları dəbdir. Ən çox bəzənən və gözə-qaşını oynada bilən kişilər gözəl sayılır.

Braziliyada Satere-Mave qəbiləsində əsl kişi qarışqalarla mübarizə aparmalıdır - daha doğrusu, yüzlərlə qarışqa tərəfindən dişlənilməyə dözməlidir.

Hindistanda sağlam olsunlar deyə balaca uşaqları məbədin damından aşağı tullamaq ənənəsi var.

Mavritaniyada xoşbəxt qadın dolğun qadındır! Onlar burada incə insanları sevmirlər, buna görə də kişilər qadınlarını ciddi səylə "kökəldirlər".

Malayziyada sarı rəng əsla sevilmir. Hətta ölkədə partiyalardan biri emblemində sarı rəngən istifadə etdiyi üçün qanunvericilik səviyyəsində bu tamamilə qadağan edilib.

Taylandın Çianq Ray əyalətində bir qızla görüşə getmək üçün onun valideynlərinə pul ödəməlisən.!

İndoneziyada Tidonq qəbiləsində yeni evlənənlər toydan sonra 3 gün suya toxuna bilməzlər.


 
Çində hər il noyabrın 11-də subay kişilər günü qeyd olunur. Evli kişilərə də bir günlük azadlıq verilir.

Nepalda çox ərlilik mövcuddur. Bir qadının eyni zamanda bir neçə əri ola bilər.

Tibetdə dəhşətli bir ənənə var. Orada ölünün yuyulduğu suda yemək bişirilir və hamıya paylanılır. Əgər insan sağlığında varlı olubsa, onun ölü suyundan bişirilmiş şorba üçün hətta növbə yaranır.

Cənubi Koreyalılar Sevgililər Gününü 3 aya qədər qeyd edirlər. Əvvəlcə kişilərə şirin hədiyyələr verilir, sonra kişilər qadınlarını sevindirir, bundan sonra subaylar üçün bayram təşkil edilir.

 

Qaraçılarda toy günü gəlini oğurlayıb, nəmər tələb eləmək adəti var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR