Onlayn ictimai-siyasi qəzet
Gündəlik həyatda istifadə etdiyimiz tualet kağızı, evlərin əsas ehtiyacları arasında ilk sıradadır.
Musavat.com medicina.az-a istinadən xəbər verir ki, mütəxəssislər tualet kağızı seçərkən, ətirli deyil, qoxusuz və rəngsiz olanlara üstünlük verməyi məsləhət görürlər.
Tünd rəngli və ətirli tualet kağızları təəssüf ki, həssas dərilər üçün problemlər yaradır. Bəzi rəngli boyalar dəridə qıcıqlanmaya səbəb ola biləcəyi üçün diqqətli olmaq lazımdır.
Parfümsüz və rəngsiz tualet kağızları sağlamlığınız üçün ən yaxşısıdır, çünki həssaslığı artıran və xüsusilə bədənin PH balansını pozan allergen təsirlərə səbəb olan ətirlər və digər kimyəvi maddələr sağlamlığa gözlənildiyindən daha ciddi təsir edə bilər.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ