Onlayn ictimai-siyasi qəzet
Yalnız pəhriz və dərmanlar qan təzyiqini azalda bilməz. Səhhətinizlə bağlı problemlər varsa, etməli olduğunuz ilk şey həkimə müraciət etməkdir.
Qan təzyiqini aşağı salmağın sürətli yolları var.
Dərin nəfəs
Yüksək qan təzyiqini azaltmaq üçün dərin nəfəs məşqləri edə bilərsiniz. Dərindən və yavaş-yavaş nəfəs alaraq insan rahatlaşır, stress səviyyəsi azalır, parasimpatik sinir sistemi stimullaşdırılır.
Masaj
Qan təzyiqini aşağı salmağın başqa bir etibarlı yolu, xüsusilə boyun və çiyin qurşağı kimi nahiyələrdə masaj etməkdir. Masaj nəticəsində əzələlər rahatlaşır, qan dövranı yaxşılaşır, stress səviyyəsi azalır. Bütün bunlar qan təzyiqinin normallaşmasına səbəb olur.
İsti duş almaq
İstilik əzələlərə rahatlaşdırıcı təsir göstərir və qan damarlarını genişləndirir. Bu təsir nəticəsində qan dövranının yaxşılaşdığını təxmin etmək asandır, bu da qan təzyiqini aşağı salmağa kömək edir.//lent.az
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ