Onlayn ictimai-siyasi qəzet
Estoniya hakimiyyət orqanları Rusiyaya məxsus olduğu bildirilən "kölgə donanması"na aid tankeri azad edib.
Musavat.com xəbər verir ki, "ERR" agentliyinin yaydığı məlumata görə, 11 aprel tarixində saxlanılan "Kiwala" adlı tanker aşkar edilmiş pozuntuları aradan qaldırdıqdan sonra ölkəni tərk etməyə icazə alıb.
Estoniyanın Nəqliyyat Departamentinin Dəniz Xidmətinin direktoru Kristyan Truu bildirib ki, hazırda texniki baxımdan gəmidə hər hansı bir problem yoxdur və tanker sərbəst buraxılıb.
Xatırladaq ki, "Kiwala" tankeri əvvəllər Rusiyanın "kölgə donanması"nın bir hissəsi kimi tanınıb və beynəlxalq nəzarətə alınmışdı. Hadisə regionda Rusiya gəmiçiliyinə qarşı artan nəzarət tədbirləri fonunda baş verib.
Musavat.com
28 Aprel 2025
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ