İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniya prezidenti Rusiyanı “qəddar pirat” adlandırıb

Estoniya prezidenti Alar Karis Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə Rusiyanı Qara dənizdəki hərəkətlərinə görə piratçılıqda ittiham edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Karis bildirib: “Qara dəniz Rusiyanın ərazi dənizi deyil, o, indi orada qəddar dəniz qulduru kimi fəaliyyət göstərir, humanitar yük daşıyan gəmilərin sərbəst hərəkətinə mane olur və bununla da beynəlxalq qaydaları, o cümlədən naviqasiya azadlığını pozur”.

Prezident qeyd edib ki, beynəlxalq ictimaiyyət Ukraynadan taxıl ixracı üçün həll yolu tapmalı və mümkünsə, akvatoriyada humanitar dəhlizi genişləndirməlidir.

Sentyabrın 16-da Rusiya Müdafiə Nazirliyi bir həftə ərzində rus qoşunlarının Qara dənizdə 12 pilotsuz yarıdalma gəmisini aşkar edərək məhv etdiyini bildirib. Müdafiə Nazirliyi əlavə edib ki, dəniz aviasiyası və Qara dəniz donanmasının gəmiləri də Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələrinin desant qrupları olan üç sürətli qayığı məhv edib.

Bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen Hindistanda keçirilən G20 sammitinin ilk sessiyasında çıxışı zamanı Rusiyanı Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracına icazə verməyə çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR