İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniya bu gündən Rusiya avtomobillərinin ölkəyə buraxmır

Estoniya Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar səbəbindən sentyabrın 13-dən Rusiya qeydiyyatında olan avtomobillərin öz ərazisinə girişini qadağan edir.

Musavat.com xəbər verir ki, bu barədə Estoniyanın dövlət televiziyası və radiosu məlumat yayıb.

Estoniyanın daxili işlər naziri Lauri Läenemestin sözlərinə görə, Aİ-nin sanksiyalarını dəstəkləmək qərarı regionun digər ölkələrinin hakimiyyət orqanları ilə məsləhətləşmələr əsasında qəbul edilib.

“Biz Latviya və Litva hakimiyyət orqanları ilə məsləhətləşərək belə qənaətə gəldik ki, məhdudiyyətlər sanksiyaların birgə tətbiqi zamanı daha təsirli olur”.

Avtomobillərin girişinə qadağa hətta Estoniyada və ya Avropa İttifaqının hər hansı digər ölkəsində yaşamaq icazəsi olanlara da şamil edilir.

Bundan əvvəl məlumat verilmişdi ki, Latviya Rusiya nömrəli avtomobillərin öz ərazisinə daxil olmasını qadağan edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR