İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniya Avropa İttifaqının Rusiyaya qarşı 12-ci sanksiya paketini dəstəklədi  

 

Estoniya hökuməti Rusiyaya qarşı tam ticarət embarqosu təklifinə “hə” deyib.


Musavat.com xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Marqus Tsaxna "X" hesabında (keçmiş Twitter) yazıb:

“Bu gün Estoniya hökuməti Rusiyaya qarşı tam ticarət embarqosunu vurğulamaqla 12-ci sanksiya paketi təklifini dəstəklədi. Təklifə həmçinin artıq sanksiyalara məruz qalan malların tranzitinin qarşısının alınması da daxildir" .

Qeyd edək ki, “Bloomberg” daha əvvəl öz mənbələrinə istinadən xəbər vermişdi ki, Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketinin müzakirəsinə başlamağa hazırdır və onu oktyabrın birinci yarısında təqdim edə bilər.

Məlumata görə, paketdə Rusiyadan almaz, maye qaz idxalına embarqo qoyulması, həmçinin İT sektoruna məhdudiyyət tətbiq olunması təklifləri var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR