İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanla Rusiyanı birləşdirən yeganə yol BAĞLANDI

Ermənistan və Rusiyanı birləşdirən yeganə yol bağlanıb.

Musavat.com erməni telegram kanallarına istinadən xəbər verir ki, iki ölkəni birləşdirən yeganə yol olan Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars yolu yük daşıyan nəqliyyat vasitələri üçün bağlanıb.

Qeyd edilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qarın yağması, temperaturun aşağı düşməsi və uçqun təhlükəsi ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib.

Rəsmi açıqlamada qeyd edilib ki, hava şəraiti normallaşandan sonra yolda bütün nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR