İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanla Rusiya arasında “Cermux” davası başladı  

Rospotrebnadzor Vladiqafqaz sakininin “Cermux” mineral suyunu içməsi nəticəsində qida borusunun yanması faktı ilə bağlı “Cermux” markalı mineral suyun müəyyən partiyalarının satışının müvəqqəti dayandırıldığını elan edib, lakin Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyinə heç bir xəbərdarlıq, sözügedən məsələ ilə bağlı rəsmi məktub daxil olmayıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

“23 il ərzində Ermənistandan ixrac edilən mineral su ilə bağlı bir dəfə də olsun zəhərlənmə faktı qeydə alınmayıb və istehsal prosesində heç bir mənfi dəyişiklik olmadığı halda, “Cermux” mineral suyunun müəyyən partiyalarının satışının dayandırılması qərarı çox qəribə görünür. “Cermux” mineral suyu 2001-ci ildən Rusiyaya ixrac edilir və həcmi tədricən artıb - ildə 350 min litrdən 15 milyon 273 min litrə qədər. İxrac edilən hər bir partiya Avrasiya İqtisadi İttifaqının texniki reqlamentlərinə uyğundur. Rusiyadan başqa ABŞ, Ukrayna, Gürcüstan, Belarus, Qazaxıstan, Aİ və bir çox başqa ölkələrə də ixrac olunur. “Cermux” mineral suyunun istehsalında sirkə istifadə edilmir və istifadə olunan maddələr beynəlxalq standartların müəyyən etdiyi tələblərə cavab verir. Bu maddələrin gözlənilən qalıq tərkibi, texniki xüsusiyyətlərinə görə, özofagusun yanmasına səbəb ola bilməz. Mineral suyun istehsalı prosesi tam avtomatlaşdırılmış qapalı dövrədir və şüşədə sirkənin olması istehsal prosesinin avtomatlaşdırılması prinsipinə ziddir. Hazır məhsulların minimum miqdarı 1200 butulkadır, buna görə də yuxarıda göstərilən meyarlara uyğunsuzluq ən azı bu sayda şüşədə özünü göstərməli idi. Ehtiyac yaranarsa, Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyi İdarəsi istehsal olunan hər bir partiyanın nümunələrinin saxlanılmasını nəzərə alaraq müvafiq nəzarət tədbirləri görəcək. Belə bir qərarın əsaslarını aydınlaşdırmaq üçün rusiyalı tərəfdaşlarla da təsirli tədbirlər görüləcək”-bəyanatda bildirilir.

Qeyd edək ki, ötən gün Rusiyanın “Cermux” sularının idxalını qadağan etdiyi açıqlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR