İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanla İran arasında dəmir yolu xəttinin işə salınması müzakirə olunub

Ermənistan-İran Hökumətlərarası Komissiyasının 17-ci iclasının yekunlarına əsasən qəbul edilmiş tapşırıqların icrası üzrə qrupun iclası yaxın vaxtlarda Tehranda keçiriləcək.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və İranın Ermənistandakı səfiri Abbas Zohuri arasında keçirilən görüşdə bildirilib.

Tərəflər həmçinin regional kommunikasiyaların bərpası halında Ermənistan və İran arasında dəmir yolu xəttinin istifadəyə verilməsi imkanlarını müzakirə ediblər.

M.Qriqoryan və A.Zohuri xüsusilə enerji və nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətlərini qeyd ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR