İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın SANCISI - İrəvan danışıqları pozsa, Zəngəzur və Göyçə də ...

Azərbaycanın ərazi iddiaları üçün güclü tarixi əsaslara malik olduğunu ermənilər özləri çox yaxşı bilirlər. Onu da bilirlər ki, onların 30 il işğalda saxladıqları, bir daşını daş üstə qoymaqıqları, tarixi, mədəni, dini irsini məhv etdikləri, hər qarışında vandalizm əməllərinin açıq-aşkar özünü göstərdiyi Qarabağ və ətraf rayonları kimi hazırda oturduqları Qərbi Zəngəzur, İrəvan, Göyçə mahalı da məhz Azərbaycanın tarixi əraziləridir.

Ermənistanda Zəngəzur (dəhlizi) xofunun, İrəvan sancısının haradan qaynaqlandığını anlamaq çox da çətin deyil. Yaxın keçmişə nəzər salsaq, Prezident İlham Əliyevin keçən ilin aprelində AzTV-yə müsahibəsi zamanı tarixi torpağımız olan Zəngəzur (dəhlizi) barədə söylədiyi fikirlərin Ermənistanda əməlli-başlı təşviş yaratdığını xatırlamış olarıq. Ermənistan tərəfi istər rəsmi səviyyədə (XİN) olsun, istərsə də qeyri-rəsmi və ekspert çevrələrində bunu "suveren Ermənistana qarşı ərazi iddiası", "hərbi təhdid" kimi qələmə verərək, növbəti dəfə mərəkə, hay-küy qaldırdıqlarını da unutmadıq. 

Amma son (dördüncü) Brüssel görüşündən sonra Ermənistan baş naziri Nikol Paşinyan yenə sərsəm cümlələri ilə diqqət mərkəzinə düşüb. Qarabağ qondarma rejim ünsürlərinə sentyabrın 2-də "müstəqilliklərinin" 31 illiyi münasibəti ilə ünvanladığı müraciətdə bəzi məqamlar diqqüətdən yayına bilməz. Paşinyan müraciətində "status" və Minsk qrupunun "fəaliyyətini" qabartmağa çalışır.

Halbuki o, Moskva və Brüsselin vasitəçiliyi ilə keçirilən görüşlərdə Qarabağ və Minsk qrupundan nəinki danışa bilmir, ümumiyyətlə Minsk Qrupu formatı, "Qarabağ münaqişəsi, "Dağlıq Qarabağ", "status" kimi terminlərdən bu görüşlərdə bir dəfə də istifadə edə bilmədi. Buradan belə nəticə çıxır ki, erməni baş nazir sağ göstərib sol vurmaq taktikasına sadiq qalaraq, danışıqlar prosesinə növbəti dəfə xələl gətirməyə, sülh prosesinə əngəl yaratmağa çalışır. Amma unutmamalıdır ki, 44 günlük müharibə ilə "Qarabağ münaqişəsi" deyilən bir məsələ qalmayıb, "status" da gorbagor olub.  

Bu qədər qarşıdurmaya, anti-sülh təhriklərinə rəğmən, İlham Əliyev dəfələrlə bəyan edib ki, bizim heç bir dövlətə, o cümlədən Ermənistana ərazi iddiamız yoxdur və Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, yetər ki, rəsmi İrəvan da eyni mövqeni bəyan eləsin. Əvəzində isə göründüyü kimi Bakının sülh addımına qarşı ortaya hər dəfəsində qeyri-konstruktiv mövqe qoyan bir Ermənistan görürük. 

Ermənistan bunu bilməlidir ki, Azərbaycana, Türkiyəyə qarşı ərazi iddiasından (2011-ci ildə Ermənistan prezidenti (Serj Sərksiyan - red.) tələbələrin Ağrı dağı ilə bağlı sualına belə cavab vermişdi: "Biz Qarabağı aldıq, bizim nəsil vəzifəsini yerinə yetirdi. Sizlər də öz üzərinizə düşən vəzifəni yerinə yetirib Ağrı dağını alacaqsınız") əl çəkmirsə, ərazi bütövlüyünü tanımaq istəmirsə, "biz də sizinlə (Türkiyə və Azərbaycanla - red.) sülh müqaviləsi imzalamağa hazırıq" deyə bilmirsə, o zaman Bakı və Ankara da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq və güclü tarixi əsaslarla ərazi iddiaları üçün yeni addımları gözdən keçirəcək.

Bunun üçün bütün tarixi, hüquqi əsaslar mövcuddur və hazırda Azərbaycanın sözügedən proses istiqamətində əməli-praktiki addımlar atması üçün əsaslı, əlverişli imkanlar yaranıb. Necə ki, o imkan təxminən 2 il əvvəl yarandı və nəticədə erməniu işğalına 44 günlük Vətən müharibəsi ilə son qoyuldu. 

Ermənistanın hələ 1980-ci illərin sonlarında aqressiv, təcavüzkar siyasəti nəticəsində indiki Ermənistan Respublikası ərazisində yaşamış yüz minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Azərbaycana ərazi iddiasından əl çəkəcək kimi görünməyən qarşı tərəf yaxşı bilir ki, Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Azərbaycan xalqı bu torpaqlarda əsrlər boyu yaşayıb. Ancaq Ermənistan rəhbərliyinin etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşməsi ilə nəticələndi.

Bu gün Azərbaycanın tam haqqı var ki, Qarabağda rus sülhməramlıların müvəqqəti nəzarət zonasında qalan 15-20 min erməninin haqqının tələb edildiyi kimi, təxminən 35 il öncə haqqı tapdalanan, hüququ əlindən alınan öz soydaşlarının da doğma el-obasına dönüşünü təmin etmək üçün lazımı addımlar atsın, Ermənistan qarşısında beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə tələblər irəli sürsün.

Təəssüflər olsun ki, müharibədən öncə olduğu kimi indi də bəzi beynəlxalq qurumlar Ermənistanın işğalçı siyasətinə, vandallıqlarına göz yummaqda davam edirlər. 

Bu il fevralın 4-də Prezident İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videofotmatda keçirilən görüşdə UNESCO-nun təkcə Azərbaycana yox, həm də Ermənistana missiyaların göndərilməsinə dair razılıq əldə edilsə də bu günə kimi Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqeyə görə belə bir missiyanın səfəri bu günə qədər baş tutmayıb.

Bu məsələdə UNESCO-nun fəaliyyətsizliyi və mövqeyini qeyd etməmək mümkün deyil. Uzun illər boyu Azərbaycan torpaqlarının işğal altında olması nəticəsində orada olan tarixi mədəniyyət abidələrimizin qəsdən dağldılması və bu haqda əldə etdiyimiz çoxsaylı fotofaktların UNESCO katibliyində müxtəlif forumlara təqdim etməyimizə baxmayaraq təşkilat faktiki olaraq bu əyani sübutlara göz bağlayıb. İşğalçı tərəfə təzyiq və ya bəyanat səsləndirməyib. Təəssüflər olsun ki, bu, təşkilatın siyasiləşdirməsinə dəlalət edir. 

Bu gün eyni destruktiv yanaşmanı, ikili standartları biz artıq mövcudluğu ciddi sual doğuran Misnk Qrupunun iki həmsədr dövləti ABŞ və Fransadan da görürük. Öncə bu iki ölkə səfirinin Şuşaya gedən 160 diplomata qoşulmamaqları Qarabağın qondarma "statusu" və ölmüş Minsk qrupunun dirilməsi üçün hələ də ümidlərindən xəbər verirsə, onlar anlamalıdır ki, bu cür yanaşmaları Azərbaycanın ərazi bütövlüyünə, onun suverenliyinə hörmətsizlikdən başqa bir şey deyil.

Belə anlaşılır ki, ABŞ və Fransa regionda proseslərin açarını öz əlləri ilə Rusiyaya ötürməkdən qorxduqları, regionda öz maraqlarını itirmək təhlükəsi ilə üzləşdikləri üçün Azərbaycana qarşı beynəlxalq hüquqa zidd addım atmağı belə təqdir edə bilərlər. Minsk Qrupunun keçmiş iki üzvü əslində bu səbəbdən də hər vəchlə Qarabağın regionda qaynar nöqtə kimi qalmasında maraql olduğunu nümayiş etdirir. 

Bu səbəbdəndir ki, bölgədə əbədi münaqişə ocağı istəyən ABŞ qondarma rejimin qondarma "naziri" David Babayan Amerikaya səfərə dəvət edib. Vaşinqtonun ölmüş "Minsk qrupu" formatını diriltmək niyyətindən sonra separatçının Konqresdə çıxışının təşkil edilməsi üçün göstərilən təşəbbüs təsadüfi deyil. Göründüyü kimi erməni lobbisinin Vaşinqtonun Cənubi Qafqaz siyasətinə ciddi şəkildə təsir etməsində rolu olduğu qədər bu təşəbbüs indiki məqamda ABŞ-ın da hazırki siyasəti ilə üst-üstə düşür. Bir daha aydın olur ki, ABŞ Cənubi Qafqaz regionu ilə bağlı siyasətini "status" kimi perspektivi olmayan məsələlər üzərindən həyata keçirmək xəttini genişləndirməkdə israrlıdır. 

Amma bütün bu proseslər məsələyə haradan baxılmasından asılı olmayaraq boğulanın saman çöpündən yapışması ilə bənzərlik daşıyır:

◼️ BMT Təhlükəslzik Şurasının daimi üzvləri olan bu iki ölkədən fərqli olaraq Rusiya artıq Misnk Qrupunun üzvü olmadığını, bu qurumun dağıldığını XİN rəhbəri səviyyəsində bəyan edib. 

◼️ Bölgədə münaqişəli vəziyyətin hökm sürməsini istəyən ABŞ, Fransa yaxşı bilir ki, Ermənistan bu gün faktiki olaraq Rusiyanın əlində cəmlənib. Moskvanın icazəsi olmadan İrəvan əlini ağdan-qaraya vura bilməz. Konkret desək, 44 günlük müharibə regionda bir şeyi dəyişmədi - Ermənistanın Rusiyanın forpostu olması məsələsini.

◼️ Artıq regionda Rusiya ilə yanaşı Azərbaycanın ən böyük müttəfiqi Türkiyə də var. Türkiyə Rusiya qədər sözügedən dövlətlərin regionda təsir imkanlarının olmasına, bölgədə mövcudluğuna qarşıdır. Belə olan təqdirdə isə Ermənistanın Minsk Qrupu formatında yenidən "status" məsələsini qaldırmaq cəhdləri xülyadan başqa bir şey deyil.

◼️ Dördüncü Brüssel görüşündə Misnk Qrupu ilə bağlı bir kəlmə danışılmadısa, "status", "Qarabağ münaqişəsi" kimi terminlərə o masada yer verilmədisə demək ki, Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunması istiqamətində əsas iki vasitəçidən biri olan Avropa İttifaqı da bir daha bəyan etmiş oldu ki, biz rəsmi Bakının təqdim etdiyi sülh planına əsasən regionun gələcəyini müzakirə edirik. 

Prezident İlham Əliyev isə İtaliya səfərində Azərbaycanın mövqeyini, Ermənistanla sülhün hansı şərtlərdən keçdiyi dünya ictimaiyyətinin gözü önündə yenidən xatırlatdı:

1. Hər iki ölkənin ərazi bütövlüyünün tanınması

2. Qarşılıqlı olaraq hər hansı ərazi iddialarından imtina 

3. Güc tətbiq etməmək və ya güclə hədələməmək

4. Sərhədlərin delimitasiyası

5. Kommunikasiyaların açılması

Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Aİ Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanat Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində yaranan yeni reallıqların dünya birliyi tərəfindən qəbul olunduğunun daha bir göstəricisidir. 

Ermənistan və havadarları tərəfindən sülh prosesinin ləngidilməsinə, əldə olunan razılaşmaların "0" nöqtəsinə qaytarılmasına, regional gündəmin dəyişdirilməsinə xidmət edən bütün cəhdlər, məhz Azərbaycanın prinsipial mövqeyi, uğurlu diplomatik manevrləri nəticəsində iflasa uğradı və Brüsseldə keçirilən dördüncü görüşdə konkret nəticənin əldə olunmasına əlverişli zəmin yaratdı. 

Rəsmi Bakının düzgün düşünülmüş siyasəti nəticəsində Ermənistan bir ay ərzində hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamağa razı salındı ki, məhz bundan sonrakı proseslərdə Ermənistandan nəhayət müvafiq iradə, adekvat davranışlar gözlənilir. Bu dəfə prosesləri ləngitmək, süni əngəllər yaratmaq isə Ermənistan üçün daha pis nəticələrlə yekunlaşa bilər.//milli.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR