İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın keçmiş xarici işlər naziri: “O sənədə imza atmasaq...”

“Ermənistanın baş naziri Nikol Paşinyan daxili və xarici təzyiqlər, eləcə də “Dağlıq Qarabağın” təzyiqləri ilə Praqada səsləndirdiyi mövqeyindən əl çəkməyə məcbur edilməlidir, əks halda bu, müharibəyə gətirib çıxaracaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Facebook səhifəsində canlı yayımda bildirib.

O qeyd edib ki, Paşinyan Azərbaycanın gözləntilərini artırıb. Oskanyan xalqı bu məsələdə ayağa qalxmağa, küçələrə çıxmağa, kəskin vəzifələr qoymağa və hakimiyyətin mövqeyini dəyişməyi hədəfləməyə çağırıb:

“Əgər indiki hakimiyyət heç nəyi dəyişə bilmirsə, getsin, əvəzinə bunu bacaran insanlar gəlsin. Diplomatik imkanlar tükənməyib, hələ də dinc alternativ var. Əgər biz Dağlıq Qarabağ məsələsindən əl çəkməsək, digər tərəfdən də Paşinyanın vədlərini gücləndirən sənədə imza atmasaq, o zaman müharibə qaçılmaz olacaq, çünki Azərbaycan bunu güc yolu ilə edəcək. Belə olan halda beynəlxalq ictimaiyyət heç nə edə bilməyəcək, düşünəcək ki, onlar söz verdilər, etmədilər, ona görə də Bakı gücə əl atmağa məcbur oldu”.

Oskanyan bildirib ki, ABŞ-dadır və vəziyyəti yaxşı bilən, problemə ətraflı bələd olan, bugünkü danışıqlar gündəliyinin nəticə verə bilməyəcəyini başa düşən insanlarla müxtəlif görüşlər keçirir və bu istiqamətdə vəziyyətin dəyişdirilməsinə çalışır:

“Onlar öz hökumətlərinə müraciət edirlər, açıq şəkildə bildirirlər ki, arzularımız Ermənistan hökumətinin istəkləri ilə üst-üstə düşmür. Biz Ermənistan hakimiyyətini öz yanaşmalarını dəyişməyə məcbur etməliyik. Paşinyanın Praqada Azərbaycanın, o cümlədən Dağlıq Qarabağın ərazi bütövlüyünü tanıması əsas maneədir. Azərbaycan özü də keçmişdə razılaşmalardan imtina edib. Ermənistan da bu gün də bunu edə bilər və əgər biz danışıqlar prosesini normal vəziyyətə salmaq istəyiriksə, bunu etməlidir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR