Onlayn ictimai-siyasi qəzet
Bu gün, iyulun 9-da hakim Vardces Sarkisyanın sədrliyi ilə keçirilən antikorrupsiya məhkəməsində keçmiş polis rəisi Vladimir Qasparyanın işi üzrə hökm elan edilib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Vladimir Qasparyan təqsirli bilinsə də, barəsində amnistiya aktı tətbiq edilib, hökmün bir hissəsinə görə, o, məhdudiyyət müddətinin başa çatması əsasında cəzasını çəkməkdən azad edilib.
Maddələrin digər hissəsinə görə isə ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror polisinin keçmiş rəhbəri Vladimir Qasparyana 11 il həbs cəzası istəyib.
Qasparyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və xüsusilə külli miqdarda oğurluq maddələri ilə cinayət işi başlanmışdı.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ