İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın gündəliyində KTMT ilə əməkdaşlıqdan imtina yoxdur - RƏSMİ

Ermənistanın gündəliyində KTMT ilə əməkdaşlıqdan imtina ilə bağlı məsələ yoxdur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan deyib.

“Belə bir məsələ müzakirə olunmayıb”, - deyə o, jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Ermənistan KTMT-nin yardım paketindən imtina edib, çünki strukturda təşkilatın məsuliyyət sahəsinin haradan başladığı və harada bitdiyi göstərilməyib.

“Təəssüf ki, Ermənistanın bu ərazisi və onun sərhədləri ilə konkret xəritəsi dəqiqləşdirilməyib, problem bundadır”, - deyə vitse-spiker qeyd edib.

Xatırladaq ki, Ermənistan KTMT üzrə tərəfdaşlarından ölkəyə hərbi yardım göstərilməsi ilə bağlı sənədin gündəmdən çıxarılmasını istəyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR