İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın ekologiya nazirinin keçmiş müavini hökuməti məhkəməyə verib

Ermənistanın ekologiya nazirinin keçmiş müavini Qayane Qabrielyan hökuməti məhkəməyə verib.

Bu barədə Ermənistan KİV-i “Datalex” məhkəmə informasiya portalına istinadən məlumat yayıb.

O, öz vəzifəsinə bərpa olunmasını və məcburi fasiləyə görə kompensasiya ödənilməsini tələb edir.

2024-cü il martın 21-də baş nazir Nikol Paşinyanın əmri ilə vəzifəsindən uzaqlaşdırılan Qabrielyan istefasının qanunsuz olduğunu təkid edir./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR