Onlayn ictimai-siyasi qəzet
Ermənistan MOK-un prezidenti Qaqik Tsarukyan BOK prezidenti Tomas Baxa və Beynəlxalq Olimpiya Hərəkatının tərəfdaşlarına anormal müraciət göndərib.
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, BOK-u siyasi proseslərə qarışmağa çağırıb.
Tsarukyan Azərbaycan həbsxanalarında olan qatil və cinayətkarları “Ermənistan Respublikasının bir çox vətəndaşları, dövlət və ictimai xadimləri” kimi təqdim edərək, BOK prezindentindən onların azad olunması üçün addımlar atmağı istəyib.
Belə görünür ki, Ermənistan Olimpiya Oyunlarının böyük bacısı Fransada keçirilməsini bu beynəlxalq idman yarışının özününküləşməsi kimi qəbul edib. Fransanın bütün idman qaydalarının ziddinə gedərək, Oyunların açılış mərasimində dərdli erməni bacılarının halına ağlaması ermənilərin daha da irəli getməsi üçün stimul olub...
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ