Onlayn ictimai-siyasi qəzet
Belarusun müxalifət lideri, prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya Avropa Parlamentində, Avronest konqresi zamanı Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, görüşdə Belarus təhlükəsizlik qüvvələrinin tələbi ilə saxlanılan belaruslu Yaroslav Novikovun məsələsi qaldırılıb.
Ermənistanın nümayəndələri Tixanovkayaya onun siyasi sığınacaq alacağını bildiriblər.
Qeyd edək ki, Yaroslav Novikov Gürcüstanda Bolqarıstan vizası ala bilmədiyi üçün 2024-cü ilin fevral ayının əvvəlində Ermənistana gəlmək məcburiyyətində qalıb. Onun barəsində hərbi xidmətdən yayınma maddəsi ilə cinayət işi açılıb.
Martın 17-də Ermənistanda Belarus hakimiyyətinin tələbi ilə hərbi xidmətə çağırışdan yayınmaqda ittiham olunan 4 nəfərin saxlanıldığı məlum olub.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ