İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan KTMT açıqlaması  

 

“Bizim Rusiya ilə işgüzar əlaqələrimiz var”.

Musavat.com bildirir ki, bu sentyabrın 7-də yerli jurnalistlərə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Rusiya tərəfi ilə gərgin münasibətlərlə bağlı sualı cavablandırarkən deyib.

 “Bizim Rusiya ilə, eləcə də digər tərəfdaşlarla işgüzar əlaqələrimiz var. Anlaşmazlıqlar, müzakirələr, o demək deyil ki, onlar gərginlik kimi şərh edilə bilər. Müxtəlif məsələlər ətrafında müzakirələr davam edir”, - Hovhannisyan əlavə edib.

“Ermənistan KTMT-dən çıxmaq məsələsini nəzərdən keçirirmi”-sualına nazir müavini belə cavab verib:

“Bu məsələ ilə bağlı müraciət etmişik. Biz bir sıra məsələlərdə KTMT-ni tənqid edirik, amma indi bu məsələ bizim gündəmimizdə deyil”.


Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR