Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Türkiyə yüzlərlə, minlərlə erməni yerli üzüm növünü özəlləşdirib.
Musavat.com xəbər verir ki, bu həyasız iddia ilə Ermənistan Milli Şərab Mərkəzinin rəhbəri Avaq Arutyunyan yerli mətbuatda çıxış edib.
Onun iddiasına görə, indi dünya qloballaşmadan bezdiyi üçün hər şeydə öz kökünə qayıtmağa çalışır və hər kəs özünəməxsus şəkildə müqavimət göstərir: "Şərab dünyası da müqavimət göstərməyə çalışır, öz kökünü axtarır".
O, Ermənistanın üzümçülük və şərabçılıq sahəsində bir sıra mühüm problemlərin olduğunu deyib: “Təəssüf ki, biz regionda tək deyilik.
İstər şərabçılıqda, istərsə də üzümçülükdə irsimiz üzərində “oturan” Türkiyə, qismən də Gürcüstan, Azərbaycan, İranın şimal hissələri var. Bu bölgədə çox fəal rəqabət var. Və hər şey dövlət siyasətindən asılıdır. Bu vektorların qarşısını almaq siyasətini aparacaq və mənbələrə üz tutacaq dövlət dominant olacaq. Yəni burada top artıq hökumətin qapısındadır”.
Onun sözlərinə görə, Gürcüstan bunu çoxdan başa düşüb, iyirmi beş il əvvəl bununla məşğul olmağa başlayıb.
Arutyunyan iddia edib ki, Ermənistanda şərabçılıq 11 min il ardıcıl olaraq mövcuddur: “Və son altı-beş min il ərzində bu, bizim kimliyimizi müəyyən etdi. Çox az sənaye sahəsi, çox az məhsul var ki, bizim kimliyimiz qırmızı xəttkimi keçsin, onlarsız varlığımızı təsəvvür edə bilmərik. Onlardan biri şərabdır”.
Arutyunyanın sözlərinə görə, son on il ərzində ermənilər öz kimliklərini əldə ediblər: “Ermənistanı fəxrlə təmsil edən istehsalçılar var. Və bizim şərablarımız var ki, onlar mötəbər beynəlxalq yarışlarda ciddi medallar alırlar”.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ