İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandakı məktəblərlə bağlı ŞOK XƏBƏRDARLIQ

“Teleqramda məktəblərlə bağlı dezinformasiyalar yayılır, sizi panikaya düşməməyə çağırıram”.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan sosial şəbəkədə yazıb.

“Bəyanatlar bir neçə ay əvvəl və indi başqa ölkələrdə, bir çox başqa şəhərlərdə yayılan yalanları təkrarlayır. Bütün bunların arxasında kim dayanır? Düşünürəm ki, hibrid hücumlarla məşğul olan xarici ölkələrin kəşfiyyat xidmətləri. Hansı ölkələr? Şübhəlilər çox deyil. Yalanın bu qədər tez çaxnaşmaya səbəb olması narahatedicidir”, - deyə o qeyd edib.

Bildirilir ki, informasiya təhlükəsizliyi sahəsində digər ekspert Artur Papyan da məktəblərdə terror aktının hazırlanması ilə bağlı yayılan məlumatların saxta olduğu barədə xəbərdarlıq etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR