Onlayn ictimai-siyasi qəzet
Sülh müqaviləsi adlanan sazişin əsl sülhə nail olmaq ilə heç bir əlaqəsi yoxdur, o, sabun köpüyüdür.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş hakim Respublika Partiyasının üzvü, revanşist deputat Ayk Mamicanyan, dekabrın 26-da keçirdiyi mətbuat konfransında deyib.
Mamicanyan hazırda danışıqlar masasında sülh müqaviləsinin sadəcə layihəsinin durduğunu və orada qondarma “artsaxdan” bəhs olunmadığını bildirib. “Sənəddə delimitasiya və demarkasiya məsələsinin qeyd olunmaması ehtimalı var. Deməli, sülh müqaviləsi boş sənədə – sabun köpüyünə çevriləcək”, - deyə erməni deputat söyləyib.
Revanşist siyasətçiyə görə vasitəçilərin və təminatçıların olmadığı sülh müqaviləsi heç vaxt reallığa çevrilməyəcək.
"Bizim zəmanət olmadan danışıqlar apara biləcəyimiz qonuşlarımız yoxdur", - deyə Mamicanyan bildirib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ