İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Paşinyana sui-qəsd törətmək istəyən daha bir nəfər yaxalandı

 

Ermənistan İstintaq Komitəsi Muşeq Şuşanyan adlı bir vətəndaşın saxlanması barədə məlumat yayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, məlumata görə, bu il mayın 9-da “YouTube” platformasında “Nikolun fiziki məhv edilməsi artıq bir məcburiyyətdir” başlıqlı videoçarx dərc olunub. Burada  Şuşanyan siyasi baxışların müxtəlifliyinə görə baş nazirin fiziki məhvinə dair çağırışlar səsləndirib.

Sentyabrın 22-də Şuşanyan özünün Facebook səhifəsində bu sözləri yazıb: “Ermənilərin oyanışı yalnız bir şərtlə başlaya bilər: Kikol və bütün xəyanətkar dəstə ölüm hökmünə məruz qalsa...”

Başqa bir statusda isə “Kikol və onun dəstəsini qəddarcasına məhv edin, polis, təhlükəsizlik orqanları sizi gözləyirəm”,-deyə çağırış səslənib.

Ermənistan İstintaq Komitəsi burada bəhs edilən “Kikol”un məhz “Nikol” olduğu fikrinə varıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR