Onlayn ictimai-siyasi qəzet
Ermənistanda ötən gecə Parakar icmasına daxil olan Merdzavan kəndinin icra başçısının evinə silahlı hücum olub.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Yerli Daxili işlər nazirliyi (DİN) məlumatı təsdiqləyib.
Bu xəbəri Merdzavan icra başçısı Mqer Axtoyanın qardaşı David Axtoyan da təsdiqləyib. O, mediaya açıqlamasında bildirib ki, öldürülən şəxs xalalarının oğlu, yaralanan isə dostlarıdır.
Onlar basqının qarşısını almağa çalışarkən hücuma məruz qalıblar.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ