İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda iri rütbəli məmurun məhkəməsi başlayır-külli miqdarda yeyinti

 

Ermənistan prokurorluğu Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri Qaqik Xaçatryanın oğulları və qardaşı oğlu, həmçinin banklardan birinin sürücüsü ilə bağlı işi Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Xaçatryanın qohumları böyük maliyyə fırıldaqlarında, qondarma ofşor şirkətlər yaratmaqda, çirkli pulların yuyulmasında, vergidən yayınmada, şişirdilmiş qiymətlərlə şübhəli müqavilələr bağlamaqda və milyardlarla pulun mənimsənilməsində ittiham olunurlar.

Qanunsuz yolla əldə edilən vəsait banklardan birinin sürücüsü A.P.-nin vasitəsi ilə leqallaşdırılıb.

İş üzrə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin çoxsaylı maddələri ilə ittiham irəli sürülüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR