Onlayn ictimai-siyasi qəzet
Ermənistan hökuməti oktyabrın 31-də keçirilən iclasda “Müdafiə haqqında” qanunu ilə bağlı əlavələr paketini təsdiqləyib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, həmin dəyişikliklərlə Ermənistanda ərazi müdafiə sistemini kökündən dəyişdirilir.
Yeni dəyişikliklərə əsasən, mövcud könüllü sistemi Ərazi Müdafiə Qoşunları ilə əvəz olunacaq.
Qanunda, Ermənistan ərazisində strateji dərinliyin olmamasının yerli könüllü ərazi müdafiə qüvvələrinin yaradılmasını tələb etdiy vurğulanıb. Yeni bölmələr konkret rayonlardakı hərbi hissələrdə formalaşacaq və ordu korpusları tərəfindən əlaqələndiriləcək. Onların əsas vəzifəsi təhdidlər zamanı Silahlı Qüvvələrin nizami bölmələrinə dəstək vermək olacaq.
Musavat.com
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ