İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Azərbaycana qarşı nifrət təbliğatı davam edir

XİN-nin xüsusi tapşırıqlar üzrə səfiri Cenevrədə keçirilən minalar və insan hüquqlarına həsr olunmuş tədbirdə mina qurbanları mövzusunu gündəmə gətirib 

Ermənistan sosial şəbəkə fəalları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina qurbanı olan azərbaycanlıları istehza obyektinə çevirib. Radikal, faşist təfəkküründən qurtula bilməyən ermənilər mülki insanların minalardan zərər çəkməsini əks etdirən məlumatları sevincə paylaşır. Erməni tərəfinin bu cür qeyri-insani rəftarı barədə BMT-nin Cenevrə şəhərində yerləşən qərargahında keçirilən minalar və insan hüquqlarına həsr olunmuş tədbirdə məsələ qaldırılıb.

Musavat.com xəbər verir ki, konfransda yekun məruzə ilə çıxış edən Azərbaycan XİN xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov tədbir iştirakçılarına erməni sosial şəbəkə istifadəçiləri tərəfindən edilən paylaşımların əks olunduğu bir neçə skrinşot nümayiş etdirib. Onlardan birində azərbaycanlı mülki vətəndaşın növbəti dəfə mina partlaması xəbəri sevinclə ifadə olunur və partlayışların artması arzulanır.

Diplomat bildirib ki, bu cür kütləvi paylaşımlar Ermənistandakı Azərbaycana qarşı nifrət təbliğatının nəticəsidir.

Sitat: “Bu cür şərhlər təkcə ayrı-ayrı erməni bloqerlərinin azğın şüurunun məhsulu deyil. Təəssüf ki, bu hissləri bu ölkədə hökm sürən ümumi azərbaycanofobiya ab-havasını gücləndirir. Mina qurbanlarına qarşı bu qeyri-insani rəftar həm də Azərbaycan ərazisinin 10 faizini minalarla çirkləndirdiyini əks etdirən dəqiq xəritələri verməkdən hələ də imtina edən və bununla bağlı beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etmək istəməyən Ermənistan hakimiyyətinin rəsmi siyasətinin nəticəsidir”.

WhatsApp Image 2023-11-14 at 10.42.02.jpeg (92 KB)

Rəsmi İrəvanın bu cinayətkar mövqeyi nəticəsində təkcə post-münaqişə dövründə 300 dən artıq insanın mina partlamasının qurbanı olduğunu bildirən E.İsgəndərov xüsusi beynəlxalq mexanizm çərçivəsində Ermənistana müfəttişlərin göndərilməsi, bu ölkənin Azərbaycan ərazilərinə basdırdığı minalar haqqında dəqiq məlumatların əldə edilməsinin zəruriliyini vurğuladı.

“Bu məlumatların verilməsi üçün Ermənistana təzyiq etməkdə beynəlxalq birliyin gecikdiyi hər gün yeni insan itkilərinə səbəb olur, yüz minlərlə insanın doğma evlərinə geri dönüşünü əngəlləyir, bölgədə sülhün gəlişini gecikdirir” - deyə E.İskəndərov qeyd edib.

Qeyd edək ki, rəsmi məlumata əsasən münaqişənin davam etdiyi ötən 30 il ərzində 3336 mina qurbanı olub. Onlardan 38-i qadın, 357-si isə uşaq olub. 44 günlük müharibədən 2020-ci il noyabrın 10-dan bu günə qədər Qarabağ və Şərqi Zəngəzur ərazilərində 314 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 61 nəfəri həlak olub, 253 nəfəri xəsarət alıb. Mina qurbanlarının 149 nəfəri mülki şəxs, 165 nəfəri hərbi qulluqçulardır.

WhatsApp Image 2023-11-14 at 10.42.02 (1).jpeg (51 KB)

1991-ci ildən başlayaraq ötən dövrdə Ermənistanın Azərbaycan ərazilərində 1 milyondan çox mina basdırdığı ehtimal olunur. Müharibə başa çatdıqdan sonra ötən 3 il ərzində 95 minə yaxın mina və digər partlayıcı qurğular aşkar edilərək zərərsizləşdirilib.

Lakin Ermənistan tərəfi hələ də mina xəritələrini verməməklə qurbanların sayının artmasına səbəb olur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR