Onlayn ictimai-siyasi qəzet
Bu gün, yanvarın 20-də Qərbi Azərbaycanda, tarixi Əştərək (Araqatsotn) bölgəsində böyük qəza baş verib.
Musavat.com bildirir ki, bu barədə erməni mediası məlumat yayıb.
Saat 17:30 radələrində İrəvan-Gümrü magistralının 69-cu km-də, Talın kəsişməsi adlanan yerdə Gürcüstan dövlət nömrə nişanlı “Mercedes Vito” və “Opel Astra” markalı avtomobillər toqquşub.
Məlumata görə, hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 14 nəfər patrul xidməti və həkimlərin köməkliyi ilə Talın tibb mərkəzinə yerləşdirilib.
Qəza nəticəsində “Mercedes Vito” markalı avtomobil yoldakı beton maneələrə çırpılıb, onlardan biri 3 metr hündürlükdən uçub.
Mənbə bildirir ki, yaralılar arasında uşaqlar da var və iki yaralı İrəvan xəstəxanalarına yerləşdirilib.
Müstəntiqin tapşırığı ilə avtomobillər Talin polis şöbəsinin xüsusi mühafizə zonasına aparılıb.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ