İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Xarici Kəşfiyyat Xidməti yeni səlahiyyətlər əldə etdi

Ermənistan hökuməti noyabrın 15-də keçirilən iclasda ölkənin Xarici Kəşfiyyat Xidmətinin səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən qanun layihəsini təsdiqləyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, sənədə əsasən, qurum dövlət sirri ilə tanış olmaq üçün icazə vermək, habelə məxfi məlumatlardan istifadə qaydasının pozulması şübhəsi ilə bağlı əməliyyat-axtarış və yoxlama tədbirləri həyata keçirmək hüququna malik olacaq.

İndiyədək bu funksiyalar Milli Təhlükəsizlik Xidmətinin səlahiyyətində olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR