İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan “soyqırım” yalanından İMTİNA EDİR

Müxalifət Paşinyanın komandasını dövlət maraqlarını təslim etməkdə ittiham edir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, hökuməti artıq “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınmasını prioritet hesab etmir. Onun sözlərinə görə, bu qərar Ankara ilə münasibətləri yaxşılaşdırmağa və regional təcriddən çıxmağa kömək edəcək. Müxalifət Paşinyanın komandasını dövlət maraqlarını təslim etməkdə və milli kimliyi məhv etməkdə ittiham edir.

Musavat.com xəbər verir ki, bu barədə “İzvestiya” nəşri yazır.

Ararat Mirzoyan bildirib ki, indi əsas vəzifə Türkiyə və Azərbaycanla münasibətlərin tənzimlənməsi, Bakı ilə sülh müqaviləsinin imzalanması, sərhədin delimitasiyası və regional kommunikasiyaların açılmasıdır. “Soyqırımın beynəlxalq səviyyədə tanınması məsələsi xarici siyasət gündəmində prioritet deyil”.

2_9.jpg (66 KB)

Mirzoyan onu da vurğulayıb ki, İrəvanla Ankara arasında dialoq var və tərəflər diplomatik münasibətlərin qurulmasını müzakirə edirlər. Hər iki ölkənin ekspertləri sərhəddə mövcud infrastrukturun, o cümlədən Gümrü-Qars dəmir yolu hissəsinin qiymətləndirilməsi üzrə iş aparıblar. İqtisadiyyat naziri Gevorq Papoyan isə öz növbəsində bəyan edib ki, ölkə hökumətinin əsas vəzifəsi “vətəndaşların rifahını təmin etmək, Ermənistanla digər ölkələr arasında ticarət əlaqələrini inkişaf etdirməkdir”.

Müxalifət isə Mirzoyan və Papoyanın sözlərini biabırçılıq adlandırıb. Qeyd ediblər ki, Ermənistan hökumətinin 2021-ci ildə qəbul edilmiş və beş il üçün nəzərdə tutulmuş proqramında deyilir ki, Nazirlər Kabineti “soyqırımın” beynəlxalq səviyyədə tanınması üçün bütün səyləri göstərəcək və əgər uğurlu olarsa, Cənubi Qafqaz regionunda təhlükəsizlik vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşacaq. 2020-ci ildə təsdiq edilmiş milli təhlükəsizlik strategiyasında isə deyilir ki, qondarma soyqırımın beynəlxalq səviyyədə tanınması “erməni xalqının milli ideyasıdır”.

Müxalifətçi deputat Hayk Mamicanyan hazırkı hakimiyyətin bəyanatlarını xəyanət adlandırıb.

“Bu “türk tütəyinə rəqsdir” , baş verənləri başqa cür adlandıra bilmərəm”, - deyə o vurğulayıb.

“İzvestiya” yada salır ki, “soyqırım məsələsi” Ermənistanla Türkiyə arasında düşmənçilik münasibətlərinin səbəblərindən birinə çevrilib. Əlavə səbəblər Qarabağın statusu ilə bağlı uzunmüddətli fikir ayrılıqları idi. Ankara həm də İrəvanın ərazi iddialarından şübhələnirdi ki, bu mənada ən çox Ermənistanın gerbində əslində Türkiyə ərazisində yerləşən Ağrı dağı təsvir olunurdu. Nəticədə ölkələr arasında heç vaxt diplomatik əlaqələr qurulmayıb, quru sərhədi hələ də bağlıdır və yüklər Gürcüstan ərazisindən tranzitlə daşınır.

erm.jpg (70 KB)

Amma son vaxtlar ikitərəfli əlaqələr nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, son iki ildə iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç 5 dəfə görüşüb, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə Türkiyəyə gedib. Baş nazir Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla şəxsən telefonla danışıb, sonuncu dəfə sentyabrın sonunda ABŞ-da görüşüblər. Ermənistan hökumətinin başçısı münasibətlərə yeni təkan vermək istədiyini açıqlayıb, Türkiyə prezidenti isə Paşinyana kitabını hədiyyə edib.

Bununla belə, praktiki nəticələr hələ də çox azdır. Məsələn, bir neçə ildir ki, ən azı diplomatik pasport sahibləri üçün quru sərhədinin açılması müzakirə olunur, amma bu, hələ də baş tutmayıb. Ankara vurğulayır ki, İrəvan Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra substantiv dialoq başlaya bilər. Bundan əlavə, Türkiyə Zəngəzur dəhlizinin - Ermənistanın cənubundan keçən və Ankaranı Xəzər dənizi sahili ilə birləşdirəcək yolun açıllmasında israrlıdır.

Türkoloq, Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun keçmiş direktoru Ruben Safrastyan hesab edir ki, İrəvan qondarma soyqırım ideyalarından tam əl çəkməyəcək: “Xarici işlər naziri Mirzoyan bildirib ki, məsələ gündəmdən çıxarılmayıb, lakin prioritet olmaqdan çıxıb, bu, vacib məqamdır. Etiraf etmək lazımdır ki, indi Ermənistanın qarşısında həqiqətən də ekzistensial xarakter daşıyan bir çox başqa vəzifələr durur, belə bir şəraitdə soyqırım mövzusu obyektiv olaraq arxa plana keçir”.

Ekspert Türkiyə ilə münasibətlərdə çətinliklər qaldığını vurğulayıb: “Türkiyə tərəfinin ritorikası son vaxtlar daha mehriban xarakter alıb. Amma eyni zamanda, demək olar ki, heç bir real addım görmürük. Bu da tamamilə başa düşüləndir. Prezident Ərdoğan bir neçə dəfə açıq şəkildə bəyan edib ki, Ermənistan Azərbaycanla münasibətlərini həll etməyincə Türkiyə əməkdaşlıq etməyəcək. Eyni zamanda, hesab edirəm ki, nizamlanmadan sonra da Ankara bəzi məqamlarda dialoqa getməyəcək, bəzi məsələlər İrəvana təzyiqi davam etdirmək üçün qapalı qalacaq”.

Politoloq Tiqran Köçəryan isə deyib ki, Paşinyan hökuməti Rusiyanın Cənubi Qafqaza təsirini l azaltmağa çalışan Qərb ölkələrinin təzyiqi altında hərəkət edir. İrəvan Türkiyəyə iddialarından əl çəksə, o zaman Ankara sərhədi aça və Ermənistanı öz təsir dairəsinə daxil edə bilər. Belə olan halda Gümrüdə Rusiya bazasının və Rusiya sərhədçilərinin olması mənası itir. Nəticədə Paşinyan və komandası Rusiya qüvvələrinin çıxarılmasını tələb edə biləcək. Böyük sual bundan sonra vəziyyətin necə inkişaf edəcəyidir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR