İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan səfirini Belarusa geri göndərmir: Lukaşenko-Paşinyan qarşıdurması dərinləşir

Ermənistan hökuməti Belarusda fəaliyyət göstərən səfiri Razmik Xumaryanı Minskə geri qaytarmaq niyyətində deyil.

Musavat.com xəbər verir ki, bu barədə Sputnik Armenia məlumat yayıb.

Razmik Xumaryan hələ 2024-cü ilin iyun ayında məsləhətləşmələr üçün İrəvana çağırılmışdı. Mənbələrin verdiyi məlumata görə, həmin vaxtdan bəri səfir Belarus paytaxtına geri dönməyib.

Müşahidəçilər hesab edir ki, bu qərar Ermənistan və Belarus arasında artan gərginliyin bir əlamətidir. Belarus prezidenti Aleksandr Lukaşenko ilə Ermənistan baş naziri Nikol Paşinyan arasındakı münasibətlərin soyuması, xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) yaranan fikir ayrılıqları fonunda baş verir.

Ekspertlər hesab edir ki, Ermənistanın bu addımı İrəvanın Minskə qarşı siyasi narazılığını göstərən diplomatik siqnaldır. Lukaşenko isə öz növbəsində Paşinyanın KTMT və digər regional məsələlərdə mövqeyini sərt tənqid edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR