İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan müxalifəti: Paşinyan velosipeddən eşşəyə keçməyə məcbur olacaq  

“Sülh müqaviləsi blefdir, Azərbaycanın Ermənistana hücum ehtimalını məhdudlaşdıran belə bir sənəd yoxdur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş hakim Respublika Partiyasının (sədri Serj Sərkisyandır-red.) üzvü Marqarit Yesayan deyib.

Onun sözlərinə görə, Paşinyanın gələn bütün tələbləri yerinə yetirməyə, istənilən sənədi imzalamağa, hətta Türkiyə-Azərbaycan tandeminin marionetinə çevrilməyə hazır olmasına baxmayaraq, Azərbaycanın heç nəyə imza atmağa həvəsi yoxdur. “Təəssüf ki, Nikol (Paşinyan) Ermənistanı öz səviyyəsinə endirə bildi. Bunu ürəyimdəki ağrı ilə deyirəm, amma bu, bir həqiqətdir”,-deyə Yesayan bildirib.

Yesayan deyib ki, bu gün Paşinyanın səhnələşdirdiyi şoular bölgədəki partlayış vəziyyətində olan insanların sayıqlığını azaltmaq üçün diqqətlə yazılmış ssenari əsasında həyata keçirilir. “O, sadəcə bir kukladır, ağalarının ona dediyi hər şeyi edir. Bu gün dedilər ki, velosiped sür, sabah deyəcəklər eşşəyə min. Onun sülh və dinc gündəmlə bağlı bütün vədləri məhz bu məntiqlə nəzərə alınmalıdır”, -deyə Yesayan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR