İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan MN-dən sərsəm açıqlama - Bakıdan sərrast REAKSİYA

Ermənistan-Azərbaycan sərhədində bəzən atışma qeydə alınır, lakin belə hallarda Ermənistan Müdafiə Nazirliyi atəşkəs rejiminin pozulması ilə bağlı açıqlama vermir.

Musavat.com bildirir ki, bu absurd açıqlamanı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Nazirlik şərti sərhəd zolağının müxtəlif yerlərində atəş açılması ilə bağlı internetdə yayılan mesaj və videoları belə şərh edib.

Qeyd edək ki, son vaxtlar Azərbaycan bir neçə gün ardıcıl olaraq Ermənistanı öz mövqelərini atəşə tutmaqda ittiham edib. Ermənistan Müdafiə Nazirliyi isə bu açıqlamaları təkzib edib.

ELXAN SON.jpg (74 KB)

Politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistan Müdafiə Nazirliyi qəribə açıqlama yayıb:

“Nazirliyin bəyanatında yazılıb ki, ara-sıra “havaya açılan atəşləri” atəşkəsin pozulması kimi qiymətləndirmir və bu, guya təhlükə yaratmır. Bu bəyanatı belə də oxumaq olar: “Ermənistan hərbçiləri əmrə tabe olmayaraq ara-sıra havaya atəş açırlarsa, bu, atəşkəsin pozulması demək deyil”. Kim zəmanət verə bilər ki, “havaya açılan atəş” Azərbaycan mövqelərinə tuşlanmır?

Əslində Ermənistan Müdafiə Nazirliyinin yeni bəyanatı “atəşkəs pozulmur” bəyanatının inkarıdır. Belə çıxır ki, Ermənistan Müdafiə Nazirliyi təmas xəttindəki hərbçilərinə nəzarət edə bilmir. Bunu baş nazir Nikol Paşinyan da bir neçə gün əvvəl “Müdafiə Nazirliyinə tapşırmışam ki, atəşkəs rejimini pozmasınlar” ifadəsi ilə etiraf etmişdi”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR