İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan MN-dən sərhəddəki vəziyyətlə bağlı AÇIQLAMA

“Hazırda Ermənistan - Azərbaycan sərhədində gərginlik yoxdur”.

Musavat.com “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

O qeyd edib ki, vəziyyət hazırda normaldır.

Qeyd edək ki, bu gün Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Daha sonra Azərbaycan Ordusu tərəfindən “Qisas” adlı antiterror əməliyyatı keçirilib.

Terrorçuların artilleriya hərbi hissəsi və bir postu darmadağın edilib. Erməni tərəfində ölən və yaralananlar var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR