Onlayn ictimai-siyasi qəzet
“Nikol Paşinyan baş nazir kürsüsünə oturduqdan sonra elə ertəsi gün Qarabağ məsələsində fəlakətli siyasət yürütməyə başladı. 2018-ci ilin mayın 9-da Xankəndidə Qarabağ erməniləri təmsil olunmadığı üçün danışıqlara getməyəcəyini bəyan edərək əslində Azərbaycana hədiyyə verdi”.
Musavat.com xəbər verir ki, bu barədə erməni revanşist siyasətçi, “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan yazıb.
“Qarabağ ermənilərinin (mətndə uydurma bir ad göstərilib - red.) danışıqlar masasına gətirilməsi ideyası yaxşı idi, amma “artsax” (işğal illərindəki separatçı və oyuncaq qurum nəzərdə tutulur - red.) Ermənistanın əvəzinə yox, onun yanında olmalı idi. Yəni Ermənistan danışıqlarda öz yerini “artsax”a verməməli, ona danışıqlar masası arxasında yer açmağa çalışmalı idi. Bir sözlə, Paşinyan öz addımları ilə Qarabağ məsələsiylə bağlı danışıqları dalana dirədi, Ermənistanı beynəlxalq təcrid vəziyyətinə saldı, bizi müttəfiqlərdən məhrum etdi, müharibəyə töhfə verdi, məğlubiyyət gətirdi və indi bütün bunlar davam edir. Paşinyan Qarabağ ermənilərini danışıqlar masasına gətirəcəyinə söz verərək Qarabağı təslim etdi və Ermənistanı danışıqlar masasının üzərinə qoydu, özü isə bu masanın altına endi. İndi hamı Ermənistanın hesabına danışıqlar aparır. Biz obyektə çevrilmişik”, - deyə Tevanyan qeyd edib.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ