İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan "Marqara" sərhəd-keçid məntəqəsinin açıldığını rəsmən təsdiqlədi - bu tarixlər arasında

Musavat.com xəbər verir kic Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsinin açılması barədə rəsmi açıqlama yayıb.

Bildirilib ki, bu qərar 27 yanvar tarixində Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə Suriya Ərəb Respublikasının xarici işlər və diaspor naziri Əsəd Həsən Əş-Şibani arasında keçirilmiş görüşdə əldə edilən razılaşma nəticəsində verilib. Keçidin 21-31 mart tarixlərində, müvəqqəti açıldığı da qeyd olunur.

Açıqlamada o da bildirilir ki, Suriya xalqına humanitar yardım məqsədilə ərzaq və dərman preparatları bu keçid məntəqəsindən göndərilir. Ermənistan tərəfi bildirir ki, bu prosesin təşkilində göstərilən yardım üçün Türkiyəyə təşəkkür edilir.

Lakin bu prosesin Azərbaycanla razılaşdırılmadan baş verdiyi açıq şəkildə görünür. Halbuki, qardaş Türkiyə illərdir bildirirdi ki, Ermənistanla münasibətlərin normallaşması yalnız Bakı ilə koordinasiyalı şəkildə aparılacaq və Zəngəzur dəhlizi açılmadan sərhədin açılması nəzərdə tutulmur.

Rəsmi İrəvanın açıqlamasında Azərbaycanın adı heç çəkilmir, bu da onu göstərir ki, Ermənistan bu geosiyasi addımı yalnız Türkiyə ilə razılaşdırıb. Azərbaycan ictimaiyyəti və siyasi ekspertlər bu hadisəni bölgədəki strateji balanslara zidd və Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir edə biləcək bir gediş kimi qiymətləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Mart 2025

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR