İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan hakimiyyəti ilə bağlı İLGİNC İDDİA

Ermənistan hökuməti İnzibati Məhkəmə Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsini təqdim edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sənəd son günlər yerli vətəndaşların narazılığına səbəb olub.

Bu barədə "Alternativ layihələr" qrupunun üzvü, "Ermənistan" blokundan deputat Elinar Vardanyan öz feysbuk səhifəsində yazıb.

"Bu qanun layihəsi kütləvi iflasa, müəssisələrin geniş şəkildə bağlanmasına, biznes mühitinin pisləşməsinə və on minlərlə vətəndaşın həyat şəraitinin ağırlaşmasına gətirib çıxaracaq", - deyə o qeyd edib.

"Layihəyə əsasən, Ermənistanda vətəndaşa və ya sahibkara qarşı inzibati akt qəbul edildiyi halda bu qərarın məhkəmədə mübahisələndirilməsi cərimə ödəmək öhdəliyini dayandırmayacaq. İnzibati məhkəmələrdə işlər orta hesabla iki-üç il davam etdiyi üçün məhkəmənin iddianı təmin etməkdən imtina etdiyi hallarda şəxslər uzun müddət ərzində öz maliyyə vəsaitlərini sərbəst istifadə edə bilməyəcək, gəlir əldə edə bilməyəcək, hətta əmək fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.

Əgər məhkəmə iddianın təmin olunmasını rədd edərsə, sahibkar və ya vətəndaş cəriməni dərhal ödəməli olacaq ki, bu da biznesin çökməsinə səbəb ola bilər", - deyə Vardanyan bildirib.

"Nəticədə insanları əvvəlcədən "cəzalandırır", onları öz vəsaitlərindən istifadə hüququndan məhrum edirlər. Dövlət isə bu vəsaitlər hesabına büdcəni doldurur və yalnız illər sonra məhkəmə həmin qərarın səhv olduğunu elan edərək "ədaləti" bərpa edir. Bu isə hər kəsə təsir edəcək - yol hərəkəti qaydalarının pozulmasına görə kəsilən on minlərlə cərimədən tutmuş Dövlət Gəlirləri Komitəsinin çıxardığı yüz milyonlarla inzibati akta qədər. Bu, əsl absurddur", - deyə erməni müxalifətçi Paşinyan iqtidarına sərt təpki göstərib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR