Onlayn ictimai-siyasi qəzet
850-yə yaxın erməni maşını Rusiya-Gürcüstan sərhədində Verin Lars keçid məntəqəsi yaxınlığında qalıb.
Musavat.com-un "Sputnik Armenia"ya istinadən verdiyi məlumata görə, "Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzi"ndən bildirlib ki, ümumilikdə 2700-dən çox avtomobil sərhəddə gözləyir.
Qeyd edək ki, bu yol yüksək dağlıq ərazilərdən keçir və hazırda Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoldur.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ