Onlayn ictimai-siyasi qəzet
“Ermənistanın daxili siyasi həyatına müdaxilə etmək və müəyyən qruplara yardım göstərməklə onu vilayətə çevirmək və suverenliyini məhdudlaşdırmaq istəyirlər”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan bildirib.
Onun sözlərinə görə, bunu anlamaq üçün Rusiya dövlət kanallarını izləmək kifayətdir.
Ovannisyanın fikrincə, Ermənistanın dövlət sərhədinin olmaması üçün hər şeyi edən qüvvələr var və onlar vəziyyətin gərginləşməsinə səbəb ola biləcək proseslər yaradırlar:
“Bundan başqa, həmin qüvvələr Ermənistanda hakimiyyətə gəlməkdən ötrü onu müharibəyə cəlb etmək üçün əllərindən gələn hər şeyi edirlər. Bu, onların məqsədidir və bu məqsəd indiyə qədər dəyişməyib. Onların hədəfi öz qubernatoru olan ucqar əyalətə sahib olmaqdır. Bu, həmin adamların ən böyük arzusudur”.
Musavat.com
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ