İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan BAŞLADI: yeni təxribatlara start verildi, milyarder Vardanyan rəhbərliyə gətirilir – Rauf Arifoğlu ilə “Canlı debat”

Rusiyadan Qarabağa köçən erməni iş adamı Ruben Vardanyan son günlər siyasi dairələrlə fəal görüşlər keçirir. Yayılan məlumatlarda R.Vardanyanın bu görüşlər vasitəsilə özünü qondarma “dqr”in “dövlət naziri” və ya “baş naziri” təyin etdirmək üçün zəmin hazırladığı, Qarabağ separatçıları üçün məqbul fiqur olduğunu göstərdiyi bildirilir.

Ruben Vardanyan dünən qondarma “dqr”in “təhlükəsizlik naziri” Vitali Balasanyanla, daha əvvəl isə Qarabağ separatçılarının eks-başçıları Bako Saakyan və Arkadi Qukasyanla görüşüb. Ermənistan mətbuatında yayılan məlumatlarda Ruben Vardanyanın yaxın vaxtlarda başqa görüşlər də keçirəcəyi qeyd edilir.
Məlumatlara görə, çox güman ki, Vardanyan gələn həftə təyinat alacaq. Onun əvvəlcə Qarabağ separatçılarının “prezidenti”nin “baş müşaviri”, sonra isə “dövlət naziri” təyin olunacağını istisna etmirlər.

Bu gündən etibarənsə İrəvan sərhəddə təxribatlara yenidən start verib. Nələr gözlənilir? Azərbaycan bu təxribatlara hansı reaksiyanı verəcək? Vardanyanın gəlişi nədən xəbər verir?

Bu və gündəmdəki digər xəbərlərin təhlilini bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyəcəksiz. Qonağımız “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR