İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa...” -Politoloqdan ilginc AÇIQLAMA  

“Ermənilər Xankəndində yaşayırsa, azərbaycanlıların da Qərbi Zəngəzurda, İrəvanda və Göyçədəki tarixi yurdlarında yaşamaq haqqı mövcuddur”.

Politoloq İlyas Hüseynov bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. Ekspert Qərbi Azərbaycandan didərgin salınmış azərbaycanlıların məsələsinin masada olmasını zəruri sayır:

“Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın aylarda imzalanacağı proqnozları verilir. Bu, Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi və geoiqtisadi reallıqların əsas göstəricidir və icrası mütləq xarakter daşıyır. Ermənilər 30 il ərzində anti-Azərbaycan təbliğat aparsalar da buna müyəssər ola bilmədilər. Sülh danışıqlarında hər dəfə bildirilir ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşı olaraq burada yaşaya biləcəklər. Digər mühüm amil bundan ibarətdir ki, ermənilər Qarabağda rahat yaşayacaqsa, təhlükəsizlikləri Azərbaycan dövləti tərəfindən qorunacaqsa, azərbaycanlılar da deportasiya olunduqları tarixi yurdlarına - Qərbi Zəngəzur, İrəvan, Göyçədəki evlərinə dönüb, orada yaşamaq hüququna və təbii haqqına malikdir”.

İ.Hüseynovun sözlərinə görə, birgəyaşayış yanaşması da səmimi, adekvat olmalı və reallıqları özündə əks etdirməlidir: “Eyni zamanda bərabərhüquqlu yanaşma həm də bölgədə sülhün və təhlükəsizliyin davamlı və dayanıqlı olmasını şərtləndirən amillərdən biri kimi qiymətləndirilə bilər. Qərbi Azərbaycan icması da tarixi torpaqlara geridönüşü səbirizliklə gözləyir. Onlar tarixi yurdlarına qayıtmaq üçün beynəlxalq aləm qarşısında tələblərini genişləndirməlidirlər. Digər tərəfdən, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, onda Azərbaycan da haqlı olaraq Ermənistanın ərazi bütövlüyünü tanımayacaq və tarixi ədaləti bərpa etmək haqqında lazımi qərarlar qəbul edəcək”.

Elşad,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR