İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Ukraynaya qarşı SAVAŞA CƏLB OLUNDU –Evlər yağmalanır, dinc insanlar qətlə yetirilir

2021-ci ildən başlayaraq Rusiya Ukrayna ilə sərhədi yaxınlığında, o cümlədən qonşu Belarus daxilində böyük hərbi varlıq yaradıb. 21 fevral 2022-ci ildə Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı “müstəqil dövlət” kimi rəsmən tanıyıb. Üç gün sonra isə Vladimir Putin televiziya ilə yayımlanan veriliş zamanı “Ukraynada xüsusi əməliyyat”a başlanıldığını elan edib və genişmiqyaslı işğala başlayıb.

Həmin vaxtdan indiyə qədər davam edən qanlı müharibə böyük bir qaçqın böhranı və yüz minlərlə insanın ölümü ilə nəticələnib. Qısa müddətdə hədəfinə nail ola bilməyən, paytaxt Kiyevi ələ keçirmək planları iflasa uğrayan Rusiya Ukrayna ordusunun müqavimətini qırmaq, bu ölkənin içərilərinə doğru daha da irəliləmək, üstəlik Kurs əyalətindən ukraynalı hərbçiləri geri otuzdurmaq üçün ən müxtəlif vasitələrə əl atır.

Belə vasitələrdən biri də Rusiya ərazisində muxtar respublika statusunda var olan, burada yaşayan xalqları, hətta Cənubi Qafqazdakı separatçıları da döyüşlərə cəlb etməkdir. Buna misal olaraq çeçenlərdən təşkil olunmuş “Axmat” xüsusi təyinatlı qüvvələrini, Gürcüstanın Abxaziya və Osetiya separatçı bölgələrindən cəmlənmiş silahlı birləşmələri, eləcə də Azərbaycanın Qarabağ ərazisindən çıxarılan erməni separatçılarını göstərmək olar.

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiyadakı siyasi və hərbi mərkəzlər Ukrayna ilə müharibəni milliləşdirməyə, müxtəlif xalqları ukraynalılarla qarşıdrmaya təhrik etməyə çalışırlar: “Rusiya Müdafiə Nazirliyi Kursk istiqamətində Ukrayna ordusu ilə savaşa çeçenlərdən formalaşan “Axmat” silahlı qruplaşması ilə yanaşı, ermənilərdən təşkil edilmiş “Arbat” (“Армянский батальон”) muzdlu batalyonunu da həmin istiqamətə göndərib. Rusiya və işğal altındakı Abxaziya ermənilərindən təşkil olunmuş “Arbat” muzdlu batalyonu ötən il Moskvada erməni kilsəsindən birbaşa döyüşlərə yola salınıb”.

E.Şahinoğlu qeyd edib ki, Ukraynaya qarşı savaşan erməni muzdluların komandiri keçmiş “Vaqner” döyüşçüsü Ayk Qasparyandır: “Bu erməni Rusiya Prezidenti Vladimir Putinin əlindən dövlət mükafatı alıb. Ayk Qasparyan Ukraynanın işğal edilən ərazilərində evləri yağmalamaqla, mülki insanları qətlə yetirməklə məşhurlaşıb. Ayk Qasparyan batalyonuna işsiz qalan keçmiş Qarabağ separatçılarını da cəlb etməyə çalışır. Moskva paralel olaraq başqa etnik qruplardan da xüsusi batalyonlar formalaşdırmağa çalışır. Bu sırada Rusiyada yaşayan və çalışan özbəklərin, qırğızların, taciklərin və digər millətlərin də adlarını çəkirlər. Əgər Moskva əvvəllər etnik qrupları ordu sıralarında toplayırdısa, indi onlardan ibarət muzdlu batalyonlar formalaşdırır ki, bu millətlərlə ukraynalılar arasında nifaqı dərinləşdirsin”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR