İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni səfirin dərdi: "Yaxın Şərqdə ermənilərin sayı durmadan azalır"

"Ötən əsrdən etibarən Yaxın Şərqdə baş verən təlatümlü hərbi-siyasi dəyişikliklər regionun erməni icmalarına da mənfi təsir göstərib".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Tunis və Mərakeşdəki fövqəladə və səlahiyyətli səfiri Arşak Poladyan İrəvanda keçirilən“Yaxın Şərqin ərəb ölkələrinin erməni icmaları: müasir tendensiyalar və transformasiyalar” adlı elmi konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, təkcə Suriyada son onilliklərdə erməni icmasının sayı 120 min nəfərdən 30-40 min nəfərə qədər azalıb. Əgər ötən əsrdə Livanda ermənilərin sayı 250 min nəfər idisə, sonralar bu rəqəm xeyli azalıb, eyni tendensiya İraq və Misirdə də müşahidə olunur.

Poladyanın bildirdiyinə görə, əsas problem təhlükəsizlik sahəsindədir. Onun fikrincə, Ermənistan bir dövlət olaraq heç olmasa yerdə qalanını qoruyub saxlamağa çalışmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR