Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, hazırda Tovuzqaladakı (Tavuş) aksiyalara dəstək məqsədilə Gümrü-Armavir yolunda da aksiya keçirilir.
Musavat.com xəbər verir ki, bu barədə teleqram kanalları məlumat yayıb.
Məlumatlara görə, revanşist erməni deputat Geqam Manukyan aksiyada çıxış edib və Paşinyanın həbs edilməsini istəyib.
O, Armavirin polis rəisinə "Nikol Paşinyanı həbs etmək üçün bütün polislərlə birgə hökumətin evinin qarşısında olmalıydın" - , deyə etirazını bildirib.
Həmin kadrları təqdim edirik.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ