İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”

“2018-ci ildə hakimiyyətə elə bir düşmənçilik, hiylə ilə gəliblər ki, indi ölkədə siyasi dəyişikliklərə nail olmağa çalışan bütün o adamlara, təşəbbüslərə, qüvvələrə qarşı mübarizə aparırlar”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin üzvü, revanşist mövqeyi ilə tanınan Tiqran Abramyan öz feysbuk səhifəsində yazıb.

“Heç bir xəyanət, cinayət, şər cəzasız qala bilməz və hakimiyyətdə olan, hələ də müqavimət göstərən insanlar dərk etməlidirlər ki, bu cəhənnəm bir gün bitəcək, onların pis əməllərinin ehtiyatı bir gün tükənəcək. Bu sadə həqiqəti nə qədər tez başa düşsələr, onlar üçün bir o qədər yaxşıdır. Arxiyepiskop Baqrata qarşı çirkin kampaniya artıq hakimiyyətin ənənəvi təbliğat vasitələrinin son dərəcə səmərəsiz olduğunu və məqsədlərinə xidmət etmədiyini göstərir”, - deyə o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR