Onlayn ictimai-siyasi qəzet
“Ermənistan hakimiyyəti nə qədər sülhdən danışırsa, Azərbaycan bir o qədər aqressivləşir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifətçi deputatı Taqui Tovmasyan danışıb.
Onun iddiasına görə, Vardenisdə tez-tez atəş səsləri eşidilir.
“Mən onları “sülh atəşi” adlandırıram. Sərhəd rayonlarımızın əhalisinin çoxu isə bu güllələrin altında yuxuya gedir”, - deyə erməni müxalifətçi deputat vəziyyəti təhrif etməkdən belə çəkinməyib.
Tovmasyan Azərbaycanla sülhə inanmadığını söyləyib.
“Mən bunu həqiqətən istəyirəm, amma buna inanmıram. Sənəd imzalandıqdan sonra onsuz da ona əməl edilməyəcək”, - deyə Tovmasyan qeyd edib.
Musavat.com
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ